Hadisə
Azərbaycanda dindar gənc sərxoşu qanına qəltan etdi
Zeynalov polis tərəfindən saxlanılıb.
İmişlidə qətl törədilib.
Savash.org xəbər verir ki, Lent.az-ın məlumatına görə, rayonun Yalavac kəndində 1992-ci il təvəllüdlü Zeynalov Atdıxan Əmil oğlu həmkəndlisi, 1987-ci il təvəllüdlü Usubov Emin Kamil oğlunu bıçaqlayaraq qətlə yetirib.
Hadisə gənclər arasında yaranan mübahisə zəminində baş verib.
Bildirilir ki, E.Usubov sərxoş vəziyyətdə A.Zeynalovu təhqir edib.
Dindar olan 23 yaşlı oğlan buna dözməyib və bıçaqla həmkəndlisinə çoxsaylı zərbələr endirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. A.Zeynalov polis tərəfindən saxlanılıb.