Hadisə

Naxçıvanla sərhəddə erməni əsgərinin ölüsü tapıldı

Naxçıvanla sərhəddə erməni əsgərinin ölüsü tapıldı
Ermənistan Müdafiə Nazirliyi daha bir hərbi qulluqçunun “naməlum şəraitdə ölümü” barədə məlumat yayıb.

Məlumata əsasən ötən gün mayın 22-də saat 13.30 radələrində cənub-qərb istiqamətindəki döyüş postlarından birində sıravi əsgər Martin Xaçatryanın (1998) qarın nahiyəsindən aldığı güllə yarasından öldüyü müəyyənləşib. Gümrüdən hərbi xidmətə çağırılan əsgərin hansı şəraitdə güllə yarası aldığı açıqlanmır.

Cəbhə xəttinin həmin istiqaməti dedikdə Naxçıvan muxtar respublikası ilə Ermənistan sərhədi nəzərdə tutulur. Həmin istiqamətdə iki gün əvvəl Ermənistan ordusunun bölmələri ilə atışmada bir əsgərimiz şəhid olub. Azərbaycan Müdafiə Nazirliyi şəhidin qisasının tezliklə alınacağını bildirib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button