Hadisə

Putin Azərbaycana yeni səfiri təyin etdi

Putin Azərbaycana yeni səfiri təyin etdi
Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovun Rusiyanın Azərbaycandakı səfiri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Virtualaz.org TASS-a istinadən bildirir ki, müvafiq sərəncam rəsmi hüquqi informasiya portalında dərc edilib.

70 yaşlı M.Boçarnikov bundan əvvəl Rusiyanın Qazaxıstandakı səfiri olub. O, diplomatik missiyasını 2018-ci ildə başa vurub. Buradakı fəaliyyəti dövründə Qazaxıstan hakimiyyəti ilə sıx əlaqələr qurmağı bacaran səfirin demək olar ki, hökumətlə heç bir problemi yaşanmayıb. Məlumatlara görə, Boçarnikov həm də NATO əleyhdarı kimi tanınır.

Xatırladaq ki, 2009-cu ildən Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin idi. Keçən ilin 27 noyabrında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin sərəncamı ilə o, tutduğu vəzifədən azad edilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button