Hadisə

Gədəbəydə ağır qəza: 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Gədəbəydə ağır qəza: 2 nəfər ölüb, 4 nəfər yaralanıb
Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Gərgər kəndində baş verib.

Hərəkətdə olan iki \”VAZ 2107\” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər-1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər.

Yaralılardan iki nəfəri Gəncədəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button