Hadisə

Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı
Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında azyaşlının xəsarət almasına görə 2 nəfər işdən çıxarılıb, 1 nəfərə isə töhmət verilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, 2 yaşlı Mustafazadə Saranın xəsarət alması ilə bağlı Gəncə şəhəri 31 saylı uşaq bağçasının tərbiyəçisi Gülnarə İsmayılova və sanitar dayəsi Solmaz Zeynalova işdən çıxarılıblar.

Eyni zamanda, bağçanın direktoru Günay İsmayılovaya töhmət elan olunub.

İki yaşlı Sara Mustafazadənin üzünə dağ basılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. İlkin araşdırma zamanı məlum olub ki, S. Mustafazadənin üzünü bağçadakı uşaqlardan biri dişləyib. S. Mustafazadə xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən də araşdırma aparılır. (APA)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button