Hadisə

İrəvandakı “sxodka”ya uçmaq istəyən “vor zakon” həbs edildi

İrəvandakı “sxodka”ya uçmaq istəyən “vor zakon” həbs edildiRusiya sərhədçiləri Ermənistana uçmaq istəyən kriminal avtoritet Aleksey Qudınanı Rostov-Don şəhərinin aeroportunda həbs ediblər.

Virtualaz.org saytı xəbər verir ki, A.Qudına Ermənistan paytaxtna saxta pasportla getməyə çalışırmış.

Rusiya Dövlət Sərhəd Xidməti mətbuat xidmətindən verilən məlumata görə, “Lexa İrkutski” ləqəbli kriminal avtoritet Aleksey Qudına “vor zakon”ların bu günlərdə İrəvanda keçirilən “sxodka”sına başqa adamın pasportu ilə uçmaq istəyərkən yaxalanıb.

Hazırda “qanuni oğru”ya qarşı sərhədi qanunsuz olaraq keçmə maddəsi ilə ittiham irəli sürməyə hazırlıq gedir.

A.Qudına 2004-cü ilin fevralında Peterburq türmələrində aclıq aksiyasını qızışdıran şəxs kimi tanınır. Həmin aksiyada 100-dən çox məhkum iştirak edib. 2001-cii ldə isə Qudına özünün ölüm səhnəsini quraşdırıb. O, cinayət təqibindən yayınmaq üçün belə edib. Qudına artıq 14 ildir ki, saxta sənədlərlə yaşayır.

Yada salaq ki, yanvarın 6-dan etibarən Ermənistanda son onilliklərin ən böyük “oğru sxodkası” keçirilir. Qudınanın məhz həmin tədbirə qatılmaq üçün getdiyi istisna deyil.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button