Hadisə

Bakıda həyat dayandı: 18 qəza

Bakıda həyat dayandı: 18 qəzaYollara qar yağması səbəbindən Bakıda həyat dayanıb.

Bu saata olan məlumata görə, Bakı yol polisi paytaxtın bütün inzibati ərazisi üzrə səfərbər edilərək hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Nəqliyyat Nazirliyi \”Azəryolservis\” ASC-nin texnikası şəhərin kənarında təmizlik işləri aparır.

Hazırda Bakıxanov körpüsündən başlayaraq Tiflis prospekti üzrə 20 Yanvar dairəsi istiqamətində, həmçinin şəhərin Şamaxı yolu adı ilə tanınan ərazidən Xırdalan, Sumqayıt yolu istiqamətində buzlaşma müşahidə olunur. Həmin ərazidə avtomobillər tam dayanıb.

Təmizləyici texnika işə başlayıb, şəhərin yollarını səhərə qədər normal vəziyyətə salmaq üçün əməli işə keçilib.

İndiyədək sürücülərin yoldakı vəziyyəti düzgün qiymətləndirməməsi nəticəsində 18 maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bunların yeddisində sürücülər zərər çəkmiş nəqliyyat vasitələrini tərk ediblər.
Bakının şimal qapısı da bağlanıb. Avtomobillər hərəkət edə bilmir. Güclü tıxac Heydər Əliyev prospektində də yaşanır. Sürücülər bildirirlər ki, 1 saatdan çoxdur tıxacdadırlar.

Axar.az

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button