Hadisə

\”Yeni Müsavat\”a müsahibəyə gəlirdi, qəzaya düşdü…

"Yeni Müsavat"a müsahibəyə gəlirdi, qəzaya düşdü...Yaxın günlərdə yenidən Hindistan səfərinə hazırlaşan Oksana bu gün təxminən saat 13 radələrində “Yeni Müsavat”ın əməkdaşları ilə görüşə gələrkən avtomobil qəzası keçirib.

Bu haqda özü musavat.com-a məlumat verib. Əvvəl rəqqasə “çatıram” mesajını versə də, bir neçə dəqiqə sonra telefonla deyib: “Bu an qəza keçirmişəm. Avtomobilim xeyli əzilib. Bu səbəbdən təəssüf edirəm, sizinlə müsahibəyə gələ bilməyəcəm”.

Daha sonra Oksana əməkdaşlarımızla yenidən əlaqə saxlayaraq xahiş edib ki, qəza barəsində mətbuata məlumat verilməsin:

“Bu haqda heç nə bildirməyin. Valideynlərim xəbər tutsalar, çox narahat olacaqlar”.

Qeyd edək ki, rəqqasə Oksana Rəsulova Hindistanda ZEE TV-də yayımlanan \”Maharakshak Aryan\” serialında rol alıb. Serial \”India`s Best Cine Stars Ki Khoj\” layihəsi gedərkən lentə alınıb. Rəqqasə bunun çoxdankı arzusu olduğunu da bildirib: \”Yaxın günlərdə yenidən Hindistana üz tutacam və aktyorluq fəaliyyətimi davam etdirəcəm”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button