Hadisə

Bakı bulvarına gəzintiyə gətirdiyi nişanlısını itirdi

Bakı bulvarına gəzintiyə gətirdiyi nişanlısını itirdiQızın hansı şəraitdə itkin düşməsi barədə açıqlama verilmir.

Bakıda 17 yaşlı qız itkin düşüb.

Bir neçə gün əvvəl polisə müraciət edən Hacıqabul rayon sakini, 27 yaşlı Vüqar Əbilov (ad və soyadlar şərtidir) bildirib ki, nişanlısı Dənizkənarı Milli Park ərazisində itkin düşüb.

Şikayətçi qeyd edib ki, Hacıqabul rayonunda qeydiyyatda olmaqla yaşayır və nişanlısı, 17 yaşlı Gülçöhrə Cəfərova ilə Bakı bulvarına gəzintiyə gəlib. Lakin Neftçilər prospekti 12 ünvanın qarşısında qız naməlum şəraitdə yoxa çıxıb.

Araşdırmalardan sonra 17 yaşlı qızın yeri müəyyən edilib və o ailəsinə təhvil verilib.

Qızın hansı şəraitdə itkin düşməsi və digər məsələlərlə bağlı açıqlama verilmir. (lent.az)

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button