Hadisə

Mərdanovdan əməliyyat: məmur qardaşı narkotiklə tutuldu

Mərdanovdan əməliyyat: məmur qardaşı narkotiklə tutulduŞabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklə mübarizə çərçivəsində növbəti əməliyyat keçirib.

Axar.az-a verilən özəl məlumata görə, əməliyyat nəticəsində 5 nəfər rayon sakini həbs edilib. Məlumatda bildirilir ki, onların arasında rayonun Dəvəçikənd sakini, 3 saylı məktəbin direktorunun qardaşı Hacəhməd Günəşov da var.

Məlumatda deyilir ki, Şabran sakininin üzərindən satmaq üçün nəzərdə tutulan külli-miqdarda narkotik maddə aşkarlanıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl də Şabran polisi bir neçə belə əməliyyat həyata keçirib.

Xatırladaq ki, rayonun polis rəisi Əli Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button