Hadisə

Toyda qan düşdü: 24 yaşlı gənc bıçaqlandı

Toyda qan düşdü: 24 yaşlı gənc bıçaqlandı
Gəncədə toy məclisində dava düşüb.
Kəpəz TV-nin verdiyi məlumata görə, 24 yaşlı şəhər sakini Kamran Kərimov gecə saat 1 radələrində qarının kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Gəncə Şəhər TTYX-ya gətirilib.

Yaralı dərhal həkimlər tərəfindən əməliyyat olunub. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər. İlkin məlumatlara görə, hadisəyə səbəb toy məclisində baş verən mübahisə olub.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin hansı zəmində baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button