Hadisə

6 nəfərlik erməni ailəsini güllələyən rus əsgəri Türkiyə ilə sərhəddə tutuldu

6 nəfərlik erməni ailəsini güllələyən rus əsgəri Türkiyə ilə sərhəddə tutulduGümrüdə 6 nəfərlik erməni ailəsini güllələyərək qətlə yetirməkdə şübhəli bilinən 102 saylı Rusiya hərbi bazasının əsgəri Valeri Permyakov Türkiyə ilə sərhəddə yaxalanıb. Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, informasiyanı Ermənistan polisinin mətbuat xidməti təsdiqləyib.

“Şübhəli bilinən şəxs Türkiyə ilə sərhəddə, hüquq-mühafizə orqanları ilə sərhədçilərin birgə səyləri nəticəsində saxlanılıb”, – deyə mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, polisin məlumatına görə, yanvarın 12-də səhər Gümrüdə avtomat güllələrindən eyni ailənin 6 üzvü – Seryoja Avetisyan (1961), Asmik Avetisyan (1959), Aida Avetisyan (1979), Armen Avetisyan (1981), Araksiya Poqosyan (1990) və 2 yaşlı Asmik Avetisyan həlak olublar. İlkin məlumatlara görə, cinayətdə bazanın həqiqi hərbi xidmətdə olan əsgəri Valeri Permyakov şübhəli bilinir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button