Hadisə

Polisə yaxalanmaq istəməyən gənc özünü bıçaqladı – (Fotolar)

Polisə yaxalanmaq istəməyən gənc özünü bıçaqladı - (Fotolar)
Gecə saatlarında paytaxtın Xətai rayonunda polisə təslim olmaq istəməyən şəxs özünü bıçaqlayıb.

APA-nın məlumatına görə, hadisə Aşıq Qərib küçəsi, ev 25 ünvanında qeydə alınıb. 37-ci polis bölməsi əməkdaşlarının keçirdiyi axtarış əməliyyatı nəticəsində bir il bundan əvvəl Yevlax rayonunun Tanrıqullar kəndində həmyerlisi Asif Məmmədzadəni xuliqanlıq zəminində bıçaqladığı üçün axtarışda olan 23 yaşlı Pərviz Mirzəyevi “NZS“ qəsəbəsində saxlamaq istəyərkən şübhəli şəxs özünə xəsarət yetirib. Bölmənin əməkdaşları cinayət törətdiyinə görə, bir il axtarışda olan Pərviz Mirzəyevi yaralı vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırıblar. Dərhal əməliyyata götürülən yaralının həyati təhlükəsi aradan qaldırılıb. Xəstəxanadan verilən məlumata görə, Pərviz Mirzəyevin vəziyyəti ağır stabildir.

Faktla bağlı cinayət işi açılıb , araşdırmalar davam etdirilir.
Polisə yaxalanmaq istəməyən gənc özünü bıçaqladı - (Fotolar)
Polisə yaxalanmaq istəməyən gənc özünü bıçaqladı - (Fotolar)

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button