Hadisə

Bakıda \”Azadlıq\” radiosunun əməkdaşı oğurlanıb

Bakıda "Azadlıq" radiosunun əməkdaşı oğurlanıbAzadlıq” radiosunun əməkdaşı Turxan Kərimov cümə günü saat 11:00-a yaxın evdən çıxarkən mülki geyimli iki şəxs onu saxlayıb.

Şahidlərin sözlərinə görə, onu qara maşına basaraq naməlum istiqamətə aparıblar.DİN-in mətbuat xidmətindən Turan-a hadisə ilə bağlı məlumatın olmadığı bildirilib.

Nərimanov Rayon Polis İdarəsində də T.Kərimovun saxlanmadığı bildirilib.Qeyd edək ki, T.Kərimov “Azadlıq” radiosunun əməkdaşıdır. O sosial və siyasi mövzularda materiallar hazırlayır və Facebook-da fəal blogerdir.

Hələlik jurnalistin kimlər tərəfindən saxlanıldığı və haraya aparıldığı barədə məlumatlar yoxdur.

Jurnalist Nərimanov rayonunun ərazisində tutulduğundan “Amerikanın səsi” Nərimanov Rayon Polis İdarəsinə müraciət edib. İdarənin növbətçi hissəsindən Turxan Kərimovun polis idarəsinə gətirilmədiyini bildiriblər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button