Hadisə
Bakı metrosunda növbəti gərginlik
Bu gün səhər saatlarında metronun “Elmlər Akademiyası” stansiyasında eskalatorda nasazlıq olub.
Bu da sərnişinlər arasında narahatlığa səbəb olub. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin publika.az-a verdiyi məlumata görə, hadisə 08:48-də baş verib. “Elmlər Akademiyası” stansiyasında 3 eskalator işləyir. Səhər saatlarında eskalatorların ikisi qalxmaq, biri eniş üçün istifadə edilib. Yuxarı qalxan eskalatorların birində yürüyün rezini çıxıb. Bir neçə dəqiqə hərəkət dayanıb. Eskalatorun hərəkəti 08:52-də bərpa edilib”. N. Paşayev hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib.