Hadisə

Azərbaycanlı ekstrasens Moskvada güllələndi

Azərbaycanlı ekstrasens Moskvada güllələndiTanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.

Savash.org baku.ws-yə istinadən xəbər verir ki, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus restoranlarının birində toplaşıb.

Məclisin qızğın yerində Nadim və dəvətlilər qəflətən silahlı hücuma məruz qalıb. Nadim Əlixanov və bir rusiyalı qız ağır yaralanıb. Güllə Alixanovun boyun və çiyninə, qızın isə qarın boşluğuna dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məclisdə kriminal aləmin nümayəndələri olduğundan hadisənin qisas zəminində törədildiyi istisna olunmur.

Nadim Alixanovun qardaşı Nofiq Alixanov faktı təsdiqləyib. O, qardaşının hazırda reanimasiyada olduğunu bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button