Hadisə

İqtisadiyyat Nazirliyi yeni binaya köçəcək

İqtisadiyyat Nazirliyi yeni binaya köçəcəkİqtisadiyyat Nazirliyi yeni inzibati binaya köçə bilər.

Savash.org xəbər verir ki, bu məsələ Vergilər Nazirliyi və Əmlak Məsələləri üzr Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsindən sonra gündəmə gəlib. Məlumat üçün deyək ki, İqtisadiyyat Nazirliyi hazırda Hökumət Evində yerləşir.

Məlumatlara görə, qurum Vergilər Nazirliyi üçün inşa edilən yeni binaya köçə bilər. Həmin bina Heydər Əliyev prospekti 105 və Müzəffər Nərimanov küçəsinin kəsişməsində tikilir. 33 mərtəbədən ibarət və 169 metr yüksəkliyində olacaq bina Türkiyənin “Tekfen İnşaat” şirkəti Azərbaycanın Vergilər Nazirliyi ilə imzalanmış müqavilə əsasında tikir. Layihənin dəyəri 94 milyon dollardır.

Bakının əsas simvol layihələrindən olan binanın inşasının 2018-ci ilin avqust ayında istifadəyə veriləcəyi bildirilirdi. Sözügedən binanın təməli sabiq vergilər naziri Fazil Məmmədovun vəzifədə olduğu zamanda atılıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button