Hadisə

Oqtay Gülalıyevin səhhəti pisləşdi

Oqtay Gülalıyevin səhhəti pisləşdiPiyada xəttindən keçərkən avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti pisləşib.

Savash.org xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıb. Məlumata görə, O.Gülaliyevin beyninə qansızma daha da genişlənib, sol tərəfi işləmir, özü nəfəs ala bilmədiyi üçün süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, qəzanı 90-PZ-543 dövlət nömrə nişanlı, \”Hyundai\” markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, O.Gülaliyevə Kliniki Tibbi Mərkəzdə kəllə-beyinin sınığı və beyinin əziyi diaqnozu qoyulub və dünən ailənin istəyi ilə özəl klinikalardan birinə köçürülüb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button