Hadisə

Azərbaycan yollarında qan su yerinə axdı: 4 ölü

Azərbaycan yollarında qan su yerinə axdı: 4 ölüÖtən gün Azərbaycan yollarında 4 yerdə ağır yol qəzası baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bütün hadisələrdə ölüm qeydə alınıb.

Belə ki, dünən saat 14 radələrində Ağcabədi rayonunun Taxtakörpü kəndində rayon sakinləri Cəlil Hüseynzadənin idarə etdiyi “VAZ-2106” və Aftandil Zeynalovun idarə etdiyi “KamAZ-5511” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində C.Hüseynzadə hadisə yerində ölüb.

Digər hadisə saat 18 radələrində Abşeron rayonu ərazisində olub. Həmin istiqamətdə Sərvər Namazov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Arif Vəliyevi vurub. Hadisə nəticəsində piyada ağır yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər. Həkimlərin səyinə baxmayaraq Arif Vəliyev xəstəxnada ölüb.

Baş bir hadisə isə saat 11 radələrində İsmayıllı rayonunun Aşıqbayram kəndində baş verib. Kənd sakini Oqtay Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən həmkəndlisi Şəfiqə Məmmədovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Daha bir ölümlə nəticələnən qəza saat 18 radələrində Beyləqan rayonunun 1-ci Şahsevən kəndində qeydə alınıb. Kənd sakini İsgəndər Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmkəndlisi İlham İsgəndərovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Bütün faktlar üzrə cinayət işi başlanıb, araşdımalar aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button