Hadisə

Sumqayıtda onkoloji xəstə özünü 5-ci mərtəbədən atdı

Sumqayıtda onkoloji xəstə özünü 5-ci mərtəbədən atdıSumqayıt şəhərində məcburi köçkün intihara cəhd edib.

Savash.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Quluyev Rahil İsmixan oğlu yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onun onkoloji xəstə və yeni əməliyyat olduğu bildirilir. Ağrılara dözməyən 51 yaşlı kişinin özünü öldürməyə cəhd etdiyi deyilir. O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button