Hadisə

Azərbaycanda vəzifəli şəxsin oğlu zəhərlənərək öldü

Azərbaycanda vəzifəli şəxsin oğlu zəhərlənərək öldüProfessor Rəfail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib.

Savash.org xəbər verir ki, Bu barədə \”Report\”a təhsil eksperti Etibar Əliyev məlumat verib.

Onun sözlərinə görə, 28 yaşlı Rüfət Əhmədli təxminən iki həftə əvvəl zəhərlənib:

“Ailə üzvləri əlamətlərindən onun botulizm (ev şəraitində hazırlanan konservləşdirilmiş qidalardan yaranan zəhərlənmə) xəstəliyindən əziyyət çəkdiyini bilməsələr də, Rüfəti xəstəxanaya yerləşdiriblər. Buna baxmayaraq Rüfət Əhmədli vəfat edib” – deyə, E.Əliyev bildirib.

Rafail Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) şöbə müdiri olub.

O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitutunda çalışır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button