İŞİD din aliminin qəbrini açıb sümüklərini çıxardı (FOTO)
Suriyanın Hələb şəhərində din alimlərindən birinin məqbərəsi yerli məhkəmənin qərarı ilə uçuruldu.
ANS PRESS-in məlumatına görə, icraçılar külünc və elektrik burğusundan istifadə edərək qazdıqları qəbirdən Seyyid Muhamməd ən Nubhanın sümüklərini çıxarıblar.
Məqbərənin uçurulma işini “Ensaruddin” cəbhəsi, “Nüsra” cəbhəsi, “Əxraruş Şam”, Hələb şəriət məhkəməsi, “Əmri bil Maruf və Nəhyi Anil Münkər” heyəti həyata keçirib.
Qeyd edək ki, məqbərənin uçurulmasına, möminlərin buraya gələrək Allaha şərik qoşması səbəb göstərilib.
Bundan başqa məqbərədə Seyyid Muhamməd ən Nubhana aid kitablar və alimə həsr olunmuş şeirlər aşkarlanaraq İŞİD terrorçuları tərəfindən yandırılıb.
İŞİD qruplaşması daha əvvəl də peyğəmbərin əshabələri, övliyalar və İslam alimlərinə aid məqbərələri partladıb və ya uçurublar.