Hadisə

Bakıda qəza: sürücü xəsarət aldı (VİDEO)

Bakıda qəza: sürücü xəsarət aldı (VİDEO)
Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə akademik Zərifə Əliyeva adına parkın qarşısında qeydə alınıb. Qəza zamanı İlqar Cümşüdov küçəsi ilə hərəkətdə olan və Uğur Mahmudovun idarə etdiyi “İnfiniti” markalı avtomobil yol kənarında dayanan “KIA” markalı maşına çırpılıb. Həmin vaxt avtomobildə olan sürücü Vüsal Əliyev xəsarət alıb.

Qəza nəticəsində hər iki maşına ziyan dəyib. Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları gəlib. Sürücülərin ifadələri alınıb. İlkin ehtmala görə, qəza “İnfiniti” markalı avtomobilin sürücüsü Uğur Mahmudovun yol hərəkəti qaydalarını pozması və sürət həddini aşması səbəbindən baş verib. Qəzanın dəqiq səbəbi araşdırmaların yekununda məlum olacaq.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button