Hadisə
Alt paltarı oğurlayan azərbaycanlı qadın tutuldu
Rusiyanın Samara şəhərinin Krasnoqlinsk rayonunda hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşı olan 30 yaşlı qadına qarşı soyğunçuluğa cəhd maddəsi ilə cinayət işi qaldırıblar.
Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, istintaqın versiyasına görə, yanvarın 19-da, saat 14 radələrində həmin qadın “Meqa” ticarət mərkəzindəki mağazaların birindən alt paltarı oğurlamağa cəhd edib. Ancaq qadın saxlanılıb.
Bildirilir ki, qadın əvvəllər mühakimə olunmayıb və Samaradakı “Vostok” kafesində aşpaz işləyir.