Evin iti 7 nəfərlik ailəni ölümdən xilas etdi
“The Associated Press” aegentliyi Kaliforniyanın cənubundakı Santa Ana şəhərində baş vermiş yanğın hadisəsi barədə xəbər yayıb. Bildirilir ki, 7 nəfəlik ailənin yaşadığı evdə bəlli olmayan səbəblərdən yanğın baş verib. Gecə saat 2 radələrində hamı dərin yuxuda olub. Bu vaxt ailənin 2 yaşlı iti “dəli kimi” hürməyə başlayıb. İki cins itin qarışığından dünyaya gələn itin səsinə ilk oyanansa ev sahibəsi Vera Mendezin 9 yaşlı kiçik oğlu olub.
Uşaq yuxudan oyananda artıq evdəki otaqlardan 3-ü od içində olub. O, digər ailə üzvülərini də yuxudan oyadıb.
Ev sahibəsi “City News Service”ə deyib ki, yanğın zamanı ailəmizin 3 nəslini təmsil edən insanlar bir yerdə olub: “Biz evi od içində qoyub, bayıra qaçdıq. Əgər itimiz “dəli kimi” hürməsəydi, biz diri-diri yana bilərdik”.
Agentlik bildirir ki, 50 nəfərdən çox yanğınsöndürən od içində olan evi söndürməyə çalışsa da, buna nail ola bilməyib. Ev özülünə qədər sıradan çıxıb.
Hazırda yanğının səbəbini aydınlaşdırmaq üçün araşdırmalar aparılır.
musavat.com