Hadisə

Ev dustağı olan dələduz məhkəmə zalında həbs edildi

Ev dustağı olan dələduz məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Bakı şəhər sakini Natiq Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Virtualaz.org saytı xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə N.Tağıyev barəsində seçilmiş ev dustaqlığı ləğv edilib və o, məhkəmə zalında həbs olunub. N.Tağıyev məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, N.Tağıyev Bakıda bir neçə şəxsin etimadından sui-istifadə edərək, onlardan külli miqdarda pul alıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button