Hadisə

Rusiyaya casusluq edən azərbaycanlı dəstə saxlanıldı

İstanbulda müxtəlif cinayətlərdə adı hallanan və Rusiyaya işləyən  dəstə üzvlərinə qarşı əməliyyat keçirilib.

Türkiyədə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi bir müddət öncə dəstəni izləməyə başlayıb. 

Uzun müddətli axtarışlardan sonra dəstə üzvlərinə qarşı bu gün səhər saatlarında geniş miqyaslı əməliyyat təşkil edilib və 16 nəfər saxlanılıb.  

Saxlanılanlardan biri Rusiya, 3-ü Ukrayna, 4-ü Gürcüstan, 8-i isə Azərbaycan vətəndaşıdır. 

Dəstə üzvlərindən 11 tapança, tüfəng və 222 güllə ələ keçirilib. 

Hazırda onlar haqqında istintaq davam edir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button