Hadisə

Arvadının boğazını kəsən sabiq icra başçısının oğlu saxlanıldı – Cinayət işi başlandı

Xəbər verdiyimiz kimi,  paytaxtın Yasamal rayonunda Şuşa şəhər icra hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu həyat yoldaşını bıçaqlayıb.

“Savaş”-ın məlumatına görə, keçmiş həyat yoldaşı 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızının bədən və boğazından bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ceyhun Nizami oğlu Bəhmənov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button