Hadisə

Saatlıda aksiya: Məktəb mühasirəyə alındı

Saatlıda aksiya: Məktəb mühasirəyə alındıHövsan qəsəbəsində baş verən hadisələrin oxşarı Saatlıda baş verir. Rayonun Məzrəli kənd sakinləri orta məktəbin binasını mühasirəyə alaraq, heç kimi içəri buraxmırlar. Bu barədə Arqument.az-a rayon sakinləri məlumat veriblər.

Həmin məlumatda deyilir ki, əhalinin qəzəblənməsinə səbəb Məzrəli kənd orta məktəbinin müəlliməsi olan Nəzakət adlı xanımın mütəmadi olaraq şagirdləri və onların valideynlərini təhqir etməsi olub.

Verilən məlumatda deyilir ki, bu problem bir müddət əvvəldən baş qaldırıb. Lakin kənd sakinləri məsələnin bu həddə çatmaması üçün Saatlı Təhsil Şöbəsinə və onun müdiri Şamil Nuriyevə şikayət ediblər. Amma şöbə müdiri heç bir tədbir görməyib və ünvan olaraq Saatlı icra başçısının birinci müavini İlham Quliyevi göstərib. Ancaq İ.Quliyev də kənd sakinlərini saymayaraq, onları «yola verib».

Bu yanaşmadan sonra durum qəlizləşib və ötən gün müəllimənin valideynləri yenidən təhqir etməsindən sonra proses məcrasından çıxıb. Hal hazırda Məzrəli kənd sakinləri məktəbin binasını əhatəyə alaraq, heç kimi içəri buraxmırlar. Onlar Nəzakət müəllimənin işdən çıxarılmasını tələb edirlər.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button