Hadisə

Ac canavarlar kəndə hücum etdi – Azərbaycanda

Canavarlar Zaqatalanın Çökəkoba kəndinə hücum edib.

“Savaş” APA-ya istinadən xəbər verir ki, gecə saatlarında kənd sakini Yaqub Kəmlayevin yaşadığı evin həyətyanı sahəsinə soxulan canavar mal tövləsinə girərək 8 baş xirdabuynuzlu heyvanı öldürüb, daha iki başa isə xəsarət yetirib. 

Hadisə ilə bağlı ərazinin baytarlıq məntəqəsindən bildirilib ki, canavarın öldürdüyü heyvanlar baytarlıq təlimatına uyğun basdırılıb. Y. Kəmlayevin təssərrüfatı və heyvanların basdırıldığı ərazi dizinfeksiya edilib. 

Qeyd edək ki, son aylar rayonda yırtıcı və quduz heyvanlar yaşayış məntəqələrinə soxularaq şəxsi təssərüfatlara ziyan verir. Son iki ayda rayon ərazisində quduzlaşmış yırtıcıların çöl sahələrində iri və xırdabuynuzlu heyvanlara xəsarət yetirməsi səbəbindən 10 başdan yuxarı heyvan ölüb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button