Hadisə

Bakı-Qazax yolunda iki yük maşını toqquşub, bir nəfər ölüb

Bakı-Qazax yolunda iki yük maşını toqquşub, bir nəfər ölüb
Bakı-Qazax yolunda iki yük maşını toqquşub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində \”Shacman\” və QAZ markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, QAZ markalı avtomobildə olan sərnişin hadisə yerində ölüb.

Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button