Hadisə

Bakıda maşın oğrusu atasının \”Volqa\”sını da oğurladı

Bakıda maşın oğrusu atasının "Volqa"sını da oğurladıBakıda atasının maşınını oğurlayan oğlan həbs edilib.

\”Report\” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mikayıl Məmmədova məxsus “VAZ-21063” markalı avtomobili qaçıran Bakı şəhər sakini Kamran Mürsəlov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 23-də atasına məxsus “QAZ-24” markalı avtomobili, habelə ötən il oktyabrın 16-da Bakı şəhər sakini İbrahim Salmanzadə ilə birgə Seyfulla Bədəlova məxsus “VAZ-2105” markalı avtomobili qaçırması da müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə İ.Salmanzadə də tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button