Hadisə
Azərbaycanda bələdiyyə yanır: xəsarət alan var
Zaqatalanın Maqov kəndində mədəniyyət evi və yerli bələdiyyə orqanının yerləşdiyi binada yanğın baş verib.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə səhər saatlarında başlayıb. İlkin ehtimala görə, yanğın binada elektrik naqilində qısa qapanma səbəbindən baş verib.
Hadisə yerinə 3 yanğınsöndürən maşını cəlb edilib. Yanğınsöndürənlərdən biri hadisəyə müdaxilə edərkən xəsarət alıb. Hazırda dam örtüyü sındırılaraq binaya girməyə və yanğına müdaxilə etməyə çalışılır.
Son məlumatlara görə, yanğın nəzarət altına alınıb.