Hadisə

Bakıda külək adam öldürdü – TƏFƏRRÜAT

Ötən gün saat 17:00 radələrində Bakının Pirşağa qəsəbəsində bədbəxt hadisə qeydə alınıb. Təbii fəlakət nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün Həsənov İsmət Məhəmməd oğlu dünyasını dəyşib.

Savash.org modern.az-a istinadən xəbər verir ki, yuxarıda qeyd edilən saatlarda İsmət Həsənov şəxsi avtomobili ilə evinə dönüb. O, darvazanı açıb və avtomobili həyətə salıb.

Sonra darvazanı bağlamaq istəyərkən güclü külək darvazanı və barını onun üstünə yıxıb.

İsmət Həsənov hadisə yerindəcə keçinib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button