Hadisə

Direktor oğlu bıçaqlandı

Direktor oğlu bıçaqlandı

Balakən sakini həmkəndlisini bıçaqlayıb.

Balakən Rayon Polis Şöbəsindən (BŞP) APA-ya verilən məlumata görə, Qazma kəndi ərazisində 1982-ci il təvəllüdlü Vüqar Xəlilovla həmkəndlisi, 1993-cü il təvəllüdlü Samir Bəxtiyar oğlu Muradlı arasında şəxsi münaqişə zəminində mübahisə olub. Mübahisə zamanı Samir Muradlı üzərində gəzdirdiyi bıçaqla Vüqar Xəlilova bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerini tərk edib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Samir Muradlı tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır. Balakən Rayon Mərkəzi Xəstəxanasından bildirib ki, V. Xəlilov döş qəfəsinin sol nahiyəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub. V. Xəlilovun üzərində cərrahiyə əməliyyat aparılıb, vəziyyəti ağır qiymətləndirilir.

Artıq polis onu bıçaqlayan şəxsi də yaxalaya bilib.

Sonradan məlum olub ki, bıçaqlanan gənc məktəb direktorunun oğlu imiş.

Onun atası Xalid Xəlilov əvvəllər rayondakı texnikumun direktoru vəzifəsində çalışıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button