Hadisə
Masallıda arvad ərinin gözü qarşısında döyüldü
Daxili İşlər Nazirliyi Masallı rayonunda maskalı şəxslərin evə basqını ilə bağlı məlumat yayıb.
Savash.org-un nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 24-də saat 03 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində İlqar Məmmədovun yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxs onu və arvadı Qərənfili tapança ilə hədələyərək küt alətlə xəsarət yetirib və oradan qızıl əşyalar aparıb.
Faktla bağlı araşdırma aparılır.