Hadisə

\”Qala\” Mühafizə Xidmətinin rəis müavinini döydülər – (Video)

"Qala" Mühafizə Xidmətinin rəis müavinini döydülər - (Video)“Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətində pulu batan işçilər rəis müavinini döyüb.

Axar.az-a göndərilən özəl videoda BTX-nin rəhbəri Vüqar Hüseynov və müavini depozit qoyan mühafizəçilərə problemin həll olunacağını vəd edir.

Müzakirələrin gedişində əsəblər tarıma çəkilir və maaşını ala bilməyən idarə əməkdaşları V.Hüseynovun müavinini döyürlər. Müdirlə mübahisə zamanı şikayət edən işçilər şirkətdə baş alıb gedən özbaşınalıqdan, rəhbərliyin qanunsuz əməllərindən şikayətlənirlər.

Bildirək ki, hazırda 7 minə yaxın mühafizəçi nə qoyduğu depoziti götürə bilir, nə də əmək haqlarını ala. İdarənin Şabran, Qazax, Tərtər və digər yerlərində olan filiallarında işə düzələnlər etiraza qalxıblar.

Daxili İşlər Nazirliyinə də yürüş etmiş mühafizəçilər pullarını geri istəyirlər…

Həmin iclasda mühafizəçilərlə “Qala” rəhbərliyinin danışıqlarını və döyülmə kadrlarını təqdim edirik:

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button