Hadisə

Ramil Usubovdan daha bir kadr təyinatı

Ramil Usubovdan daha bir kadr təyinatıAzərbaycanın daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

\”Report\”un məlumatına görə nazir general-polkovnik Ramil Usubovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Ədalət Əliyev vəzifəsindən çıxarılıb. Nazirin digər bir əmri ilə Ə.Əliyev Nizami RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiq edib.

Qeyd edək ki, bir neçə gün əvvəl müvafiq əmrlə Nizami RPİ-nin keçmiş rəis müavini İzzət Əsgərov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button