Hadisə

Sərhəddə atışma, iki Ermənistan əsgəri yaralandı

Sərhəddə atışma, iki Ermənistan əsgəri yaralandıYanvarın 29-na keçən gecə Azərbaycan-Ermənistan sərhədində baş verən atışmada Ermənistan ordusunun iki hərbçisi yaralanıb.

“Aravot” qəzeti hərbçilərin Azərbaycanla sərhəd Voskepar kəndindəki mövqelərən birində yaralandığını yazır. Yaralılar İcevan tibb mərkəzinə aparılıb.

Onlardan biri – 27 yaşlı Spitak sakini Qrişa Otaryan sol budundan və sinə nayihəsindən yaralanıb. Tavuş vilayətinin Xaştarak kənd sakini olan 47 yaşlı hərbçi Surik Movsisyan isə sağ çiynindən güllə yarası alıb.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, ötən gecə Azərbaycan ordusu Tavuş vilayəti istiqamətində “növbəti diversiya həmləsinə” cəhd edib, ancaq cəhdin qarşısı alınıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button