Hadisə
Metroda xanım sərnişinin harayı: “O, məni güdür”
Metroda xanım sərnişinlərdən biri onun arxasınca düşdüyünü iddia etdiyi şəxsdən polis əməkdaşlarına şikayət edib.
Virtualaz.org saytı xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl metronun “28 may” stansiyasında baş verib. Yanında uşağı olan bir qadın polis əməkdaşlarına yaxınlaşaraq 30-35 yaşlı bir kişini göstərib və ondan şikayət edib. Xanım sərnişin həmin gənc kişinin onun arxasınca düşdüyünü, onu narahat etdiyini deyib. Qadın “28 may”da düşərək burada həyat yoldaşını gözlədiyini bildirib. Lakin həmin oğlanın da onun arxasınca gəldiyini və qorxduğunu söyləyib.
Polislər qadının şikayət etdiyi şəxsi növbətçi hissəyə aparıb. Şikayətçi qadının həyat yoldaşı gəlib çıxandan sonra onlar da növbətçi hissəyə aparılıblar.