Hadisə

Nazirliyin idarə rəisi qəzaya düşdü

Nazirliyin idarə rəisi qəzaya düşdüBu gün axşam saatlarında Quba – Xaçmaz yolunda qəza baş verib.

Hadisə Quba-Xaçmaz yolunun 4-cü km-də, magistralın Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Quba rayon sakini Mətləb Cəfərovun idarə etdiyi “Nissan” markalı minik avtomobili Xaçmazdan Quba istiqamətində hərəkətdə olarkən qəfil yola çıxan Quba rayonunun Zizik kənd sakini Xəyyam Məmmədova məxsus odunla dolu at arabasına çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb, lakin hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Mətləb Cəfərov İqtisadiyyat və Sənaye Nazirliyinin Quba – Xaçmaz regional bölməsinin müdiridir.

Faktla bağlı araşdırma aparılır (APA).

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button