Hadisə

37 yaşlı qadının boğazını kəsdilər

37 yaşlı qadının boğazını kəsdilərTürkiyədə dəhşətli cinayət hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, Türkiyəda İzmir vilayətinin Buca rayonunda 37 yaşlı Özləm Çingil adlı qadın yaşadığı evdə boğazı kəsilmiş, sinəsindən bıçaqlanmış vəziyyətdə tapılıb.

Polis qrupları qadını öldürən şəxs və ya şəxslərin kimliyinin araşdırılması və yaxalanması üçün əməliyyat-axtarış tədbirləri başladıb.

Hadisə ötən gün axşam saatlarında meydana gəlib. Özləm Çingilin qonşularından biri onun qışqırıq səsini eşidib və polisə xəbər verib.

Hadisə yerinə gələn təcili yardım işçiləri bədənində kəsilmiş-deşilmiş yaralar alan qadının öldüyünü müəyyən ediblər.

Cinayətlə bağlı şübhəli bilinən iki nəfərin şəxsiyyətinin dəqiqləşdirilməsi üçün polis axtarışlarını davam etdirir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button