Bakı konsertinə hazırlaşan məşhur müğənni xəstəxanalıq oldu
Konsert vermək üçün Bakıya gəlməyə hazırlaşan tanınmış rusiyalı müğənni xəstəxanaya yerləşdirilib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə,
İrina Dubtsovanın vəziyyəti elə hava limanındaca pisləşib.
Moskvadakı Domodedovu aeroportunda Bakı təyyarəsinə minməyə hazırlaşarkən özündən gedən müğənni dərhal Lapino klinikasına aparıblar.
Həkimlər müğənninin vəziyyətini orta ağır kimi qiymətləndiriblər. Hələlik onun səhəttinin pisləşməsinə nəyin səbəb olduğu bilinmir. Lakin hər hansı uçuşun onun vəziyyətinin daha da ağırlaşmasına səbəb ola biləcəyi bildirilib.
Dubtsovanın səhhətindəki problemin onun hamilə ola biləcəyi ilə əlaqələndirilər. Belə ki, bir müddət öncə 32 yaşlı müğənni qadın məsləhətxanasında fotosunu paylaşmış və ikinci dəfə ana olmaq istədiyini yazmışdı.
Lakin problemin onun arıqlamaq istəyi ilə bağlı ola biləcəyi də istisna edilmir. belə ki, Bakı konserti təxirə düşən müğənni çəkisini azaltmaq üçün fəal işə başlamışdı.
Vəziyyəti ilə bağlı İ.Dubtsovanın bakı konserti təxirə düşüb. Müğənni sosial şəbəkədəki səhifəsində baş verənlərə görə üzr istəyib və qeyd edib ki, Sevgililər günündə sürprizləri ilə Bakıda olacaq.