Hadisə

Bakıda dövlət idarəsi vətəndaşın \”başına daş saldı\” – (Fotolar)

Bakıda dövlət idarəsi vətəndaşın "başına daş saldı" - (Fotolar)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin binasında aparılan təmir başqasının əmlakına ciddi ziyan vurub.

Bakı sakinin Fuad Məmmədov milli.az-a bildirib ki, dünən maşınını həmin binanın yaxınlığında saxlayıb. Fitosanitar Xidmətin binasında gedən təmir işləri zamanı böyük bir taxta parçası maşının üstünə düşüb. Maşına ciddi ziyan dəyib. Başına gələnlə bağlı təmir işlərini aparan şirkətin iş icraçısına deyib və aldığı cavab özünü “əzib\”: “Get, kimə istəyirsən, şikayət elə\”.

Zərərçəkən daha sonra deyib: \”Dedim ki, \”bəlkə, maşının yox, adamın üstünə düşərək öldürəcəkdi?\”. Dedi ki, \”cəhənnəmə olsun\”. Görəsən, bu qədər məsuliyyətsizliyə görə kim cavabdehdir? Tikinti gedir, kənarda isə heç bir təhlükəsizlik tədbiri görülməyib”.

Zərərçəkmiş əlacsız qalaraq polisə üz tutub və Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat verib. Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsində izahat yazıb. Polisdən bildirilib ki, əgər ona dəymiş ziyan ödənilməsə, materiallar məhkəməyə göndəriləcək.

İş günü olmadığından Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mövqeyini öyrənmək mümkün olmayıb.
Bakıda dövlət idarəsi vətəndaşın "başına daş saldı" - (Fotolar)
Bakıda dövlət idarəsi vətəndaşın "başına daş saldı" - (Fotolar)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button