Hadisə

49 yaşlı Gəncə sakini asılmış vəziyyətdə tapıldı

49 yaşlı Gəncə sakini asılmış vəziyyətdə tapıldı
Gəncədə asılmış vəziyyətdə kişi meyiti aşkar edilib.

ANS PRESS-in məlumatına görə, Gəncə şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər fərdi yaşayış evinin hasarından həyətə daxil olub və əraziyə baxış keçirərkən 1966-cı il təvəllüdlü Arzuman Abuzər oğlu Məmmədovun çardaqda asılmış meyitini aşkar ediblər.

Xilasedicilər A.Məmmədovun asılmış halda olan meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button