Hadisə

Kişi liftdə arvadına 48 bıçaq zərbəsi vurub başını kəsdi – Bakıda DƏHŞƏT

Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

“SAVAŞ”  “Oxu.az”a istinadən xəbər verir ki, ötən gün saat 21 radələrində paytaxtın Binəqədi rayonunda yaşayış binalarının birində kişi arvadının başını kəsib.

Belə ki, Cavadxan küçəsində yerləşən binanın liftində 1977-ci il təvəllüdlü Hafiz Əskərov həyat yoldaşı 1980-ci il təvəllüdlü Könül Əskərovanı dəhşətli şəkildə öldürüb.

O, liftdə arvadına çoxsaylı bıçaq zərbəsi vurub və onun başını kəsib. Qadının bədənində 48 bıçaq zərbəsi aşkarlanıb.

Polis arvadını dəhşətli şəkildə öldürən kişini saxlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists