Hadisə
Bakıda fəhlə işlədiyi sexdə yıxılaraq öldü
Bakının Suraxanı rayonu bülbülə qəsəbəsində bədbəxt hadisə baş verib. ANS PRESS-in xəbərinə görə, 2-ci Bülbülə, ev 23-də yaşayan 25 yaşlı Nicat Fərzəliyev fəhlə işlədiyi soyuducu anbar sexində hündürlükdən yıxılaraq xəsarət alıb.
Müxtəlif dərəcəli kəllə beyin travmaaları alan yaralı 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğu üçün həkimlər dərhal onu əməliyyata götürüblər. Əməliyyatdan sonra 7 saat komada qalan Nicat Fərzəliyev gecə saatlarında dünyasını dəyişib.
Faktla bağlı Suraxanı rayon prakrorluğunda araşdırmalar aparılır. 25 yaşlı gəncin ölümünə səbəb olan hadisənin təfərrüatları istintaqın yekununda bəlli olacaq.