Hadisə

Sumqayıt çayxanasında kütləvi dava, ölən var

Sumqayıt çayxanasında kütləvi dava, ölən var

Sumqayıtda qətl hadisəsi baş verib. Cinayətin qurbanı yerli sakin, 1993-cü il təvəllüdlü Ağayev Kənan Şahin oğlu olub.

Bu barədə vesti.az-a Sumqayıt Şəhər Polis İdarəsindən bildiriblər.

Məlum olub ki, K.Ağayev aldığı bıçaq yaralarından bu gün səhər saat 9 radələrində şəhər xəstəxanasında ölüb. Fakt üzrə şübhəli bilinən şəxs həbs edilib. Bu, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Cəfərov Elnur Müzəffər oğludur.

İlkin məlumata əsasən mübahisə 3-cü polis bölməsinin ərazisində yerləşən çayxanada baş verib. İki gənc arasında çayxanada mübahisə başlayıb, sonradan bu mübahisə bıçağa əl atmaqla nəticələnən davaya çevrilib. Bu zaman K.Ağayev işə qarışaraq dava edənləri ayırmaq istəyib.

K.Ağayevi görən dava salanlardan biri əlverişli andan istifadə edərək bıçaq zərbəsindən yayınaraq hadisə yerindən qaçıb. Amma bıçaqla silahlanan şəxs qəzəbini Ağayevə töküb. Ağayev bir anlıq cinayətkardan yayınıb, amma qəzəblənmiş cinayətkar öz qurbanını 9-cu mikrorayon ərazisində “Aygün” şadlıq evinin qarşısında haqlayıb və ona bir neçə bıçaq zərbəsi endirib.

Törətdiyi əməldən sonra cinayətkar hadisə yerindən qaçıb. Qeyd edək ki, ona qarşı heç bir həbs-qətimkan tədbiri görülməyib.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button