Hadisə

Arvadı doğuşda öldü, özü isə qəzada…

Arvadı doğuşda öldü, özü isə qəzada...Bir neçə gün əvvəl Gəncə-Şəmkir yolunda – Şəmkir rayon polis postunun yaxınlığında baş vermiş qəzada dünyasını dəyişən Elşad Balacayevin faciəvi həyatı yenidən sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Xəbərə görə, Elşad Balacayev iki il öncə həyat yoldaşını və yeni doğulacaq körpəsini itirdiyinə görə mətbuatın gündəminə gəlmişdi. Belə ki, 2013-cü ilin sentyabrında onun hamilə həyat yoldaşı Fərqanə Balacayeva və anadan olmasını gözlədikləri oğlu Gəncədə doğuş zamanı vəfat etmişdi.

E.Balacayev xanımını itirəndən sonra ata 3 azyaşlı qızına tək baxırdı. Qeyd edək ki, böyük qızının 6, əkizlərin isə 4 yaşı var. Həm anasız, həm də atasız qalan uşaqlara hazırda bibisi baxır.

Yaxınlarının verdiyi məlumata görə, Elşad Balacayev qəzaya yeni aldığı “Mercedes” markalı maşını ilə düşüb (qafqazinfo.az).

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button