Hadisə

Bakıda avtobus qadının üstündən keçdi; xəstəxanada keçindi

Bakıda avtobus qadının üstündən keçdi; xəstəxanada keçindiBakıda sərnişin avtobusu dayanacaqda sərnişini əzib.

Savash.org-un APA-ya istinadən verdiyi məlumatına görə, hadisə \”Ulduz\” metrosunu yaxınlığında baş verib. 131 saylı xətt üzrə hərəkət edən 10 TL 340 dövlət nömrə nişanlı \”Daewoo\” markalı avtobus səkiyə çıxarkən orada dayanan qadın təkərin altında qalıb.

Ölümcül xəsarət alan qadını 3 saylı Kliniki Tibbi Mərkəzə Kamran adlı şəxs çatdırıb. Xəstəxanadan verilən məlumata görə, xəstəxanaya çatdırılarkən qadın artıq dünyasını dəyişibmiş.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib. Avtobusu idarə etdiyi ehtimal olunan Kamran adlı şəxs ifadəsinin alınması üçün polisə aparılıb.

Avtobusun əzdiyi qadının şəxsiyyəti dəqiqləşdirilir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button